Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Futbol Federasiyasının (AFFA) Azərbaycan milli komandası

Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət "Yüksekovaspor" komandasını qəbul edib.

AFFA-dan TurkicWorld-ə verilən məlumata görə, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.

Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

Qeyd edək ki, "Yüksekovaspor" ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.

Mövzuya görə xəbərlər