Arda Turan karyerasını bitirib

Arda Turan karyerasını bitirib

Bakı. TurkicWorld:

Türkiyəli futbolçu Arda Turan karyerasını bitirdiyini elan edib.

TurkicWorld-un məlumatına görə, futbolçu bu barədə "YouTube"da yayımladığı videoda bildirib.

35 yaşlı futbolçu ötən mövsümü "Qalatasaray"ın tərkibində keçirib.

O, karyerası boyunca 1 dəfə Türkiyə çempionu, "Barselona" və "Atletiko"nun heyətində 2 dəfə İspaniya çempionu adını qazanıb. Arda "Atletiko ilə, həmçinin UEFA Avropa Liqasını qazanıb.

Türkiyə milli komandasının tərkibində 100 oyun keçirən Arda Turan 16 qola imza atıb.