Türkiyə polisi israilli turistlərə qarşı törədiləcək terror aktının qarşısını alıb

Türkiyə polisi israilli turistlərə qarşı törədiləcək terror aktının qarşısını alıb

Bakı. TurkicWorld:

Türkiyə polisi İran vətəndaşlarının İsrailli turistlərə qarşı törədiləcək terror aktının qarşısını alıb. TurkicWorld-un məlumatına görə bu barədə İsrailin Xarici İşlər Naziri Yair Lapid öz Twitter hesabında açıqlama verib.

“Türkiyədə İran vətəndaşlarının israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səyahət etməməyə çağırıram. Ümid edirik ki, bu xəbərdarlıq uzun müddət qüvvədə olmayacaq.” – deyə nazir paylaşımında bildirib.

Daha sonra Lapid, Türkiyə hökümətinə İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdikləri səylərə görə təşəkkürlərini bildirib.

Xatırladaq ki, may ayının 22-də İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən olan polkovnik Həsən Sayad Hüdayidə qarşı ölkədə törədilən sui-qəsdə görə rəsmi İran İsraili günahlandırıb.