Bakıda keçirilən Formula 2 Sprint yarışının qalibləri mükafatlandırılıb(FOTO)

Bakıda keçirilən Formula 2 Sprint yarışının qalibləri mükafatlandırılıb(FOTO)

Bakı. TurkicWorld:

Bakıda keçirilən Formula 2 Sprint yarışının qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

TurkicWorld məlumatına görə, Bakıda keçirilmiş dəstək yarışı - Formula 2 sprint yarışının qalibi “ART Grand Prix” komandasının pilotu danimarkalı Frederik Vesti olub.

“Prema” komandasının pilotu Cehan Daruvala və “Karlin” komandasından Liam Louson müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın kubokları Gənclər və İdman nazirinin müavini Marianna Toteva Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai tərəfindən təqdim olunub.