Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Elon Mask

Ərdoğan Elon Maskdan tələbinin açıqladı

Bakı. TurkicWorld:

Elon Maskla ilk görüşümdə ondan siqaret əleyhinə olan reklamlara daha çox vəsait ayırmasını istəyəcəm, TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün tütün məmulatlarını, hətta asılılığa səbəb olan hər cür maddəni əhatə edəcək şəkildə mübarizəmizi genişləndirərək davam etdiririk" - deyə o əlavə edib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) may ayının 31-də yayımladığı statistik məlumatlara əsasən, Türkiyə 0,28 faiz göstərici ilə dünyanın ən çox siqaret aludəçisi olan ölkəsidir.

Xatırladaq ki, son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 799 milyon dollar məbləğində tütün ixrac edib.

Mövzuya görə xəbərlər