Son dəqiqə

Demirören İnformasiya Agentliyi

Türkiyədə Dəmirören Media Peşə və Texniki Anadolu Liseyinin açılışı olub (FOTO)

Bakı. TurkicWorld:

Bu gün Türkiyədə Dəmirören Media Peşə və Texniki Anadolu Liseyinin rəsmi açılış mərasimi olub.

TurkicWorld-un məlumatına görə, Dəmirören Media Liseyi ilk tələbələrini 5 iyun 2022-ci ildə qəbul edəcək.

Dəmirören Media Qrupunun tərkibində olan məktəbin tələbələri media sahəsinin peşəkarlarından təhsil almaq imkanı əldə edəcəklər.

Məktəbin birinci ili hazırlıq sinfi olacaq, lakin ümumilikdə 5 illik təhsil veriləcək. Bundan əlavə, məktəbdə təhsil alan tələbələr Dəmirören Media Mərkəzinin strukturunda işlə təmin olunacaqlar.

Açılış mərasimində çıxış edən Türkiyənin təhsil naziri Mahmut Özer həmçinin bu günün peşə təhsili sahəsində tarixi bir gün olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər