Son dəqiqə

Polşa Ukrayna Niderland humanitar yardım Rusiya Ukrayna müharibəsi Humanitar yardım layihələri

Niderland Ukraynaya yardım etmək üçün Polşaya "Patriot" sistemini və qoşun göndərəcək

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Niderland Polşaya iki "Patriot" hava hücumundan müdafiə sistemi bağışlayacaq və ölkəyə 300 əsgər göndərəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, məqsəd 2026-cı il dekabrın 1-dən iyunun 1-dək NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim Proqramının logistika mərkəzinin təhlükəsizliyini təmin edilməsidir.

"Bu yerləşdirmə üç əsas məqsədə xidmət edir: NATO ərazisinin müdafiəsi, Rusiyanın təcavüzünün qarşısının alınması və Ukraynaya sarsılmaz dəstək. Bu yolla biz Rusiya təhlükəsini mümkün qədər uzaqlaşdırırıq", - deyə Niderland müdafiə naziri Ruben Brekelmans qeyd edib.

Mövzuya görə xəbərlər