Son dəqiqə

Fələstin BMT İsrail Qəzza zolağı İnsan hüquqları İsrail və Qəzza münaqişəsi insan haqları pozuntusu Qəzza məsələsi

Qəzzanın işğalı mülki insanlar üçün ciddi təhlükə yaradır - BMT

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsrailin Qəzza planı mülki əhali üçün böyük risk daşıyır.

TurkicWorld xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan İsrailin Qəzza şəhərinin işğalı ilə bağlı planının mülki insanlar üçün ciddi təhlükə yaratdığını bildirib.

O, Cenevrədə keçirilən mətbuat konfransında belə bir addımın kütləvi köç, artan ölüm halları və humanitar böhranı dərinləşdirə biləcəyini vurğulayıb.

Əl-Kheetan qeyd edib ki, plan həyata keçiriləcəyi təqdirdə əlillər, yaralılar, uşaqlar, qadınlar və digər həssas qruplar ən çox təsirlənəcək. O, BMT İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün də bu risklər səbəbindən Qəzza zolağının tam hərbi işğalı planının dərhal dayandırılması çağırışını xatırladıb.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu isə Qəzza zolağının tam işğalının hökumətin əsas hədəfi olduğunu bəyan edib. Planın mərhələli şəkildə həyata keçiriləcəyi, ilk hücumların Qəzza şəhərindən başlayaraq daha sonra qaçqın düşərgələrinə yönələcəyi bildirilir.

Mövzuya görə xəbərlər