Son dəqiqə

Peru arxeoloji tədqiqatlar mumya tapıntısı Qədim Peru tarixi İnkadan əvvəlki sivilizasiyalar arxeoloji kəşf Gil qablar arxeoloji tapıntı

Peruda 1000 illik qadın mumiyası aşkarlanıb

BAKI, TurkicWorld

Peruda yerin altından 1000 illik İnkadan əvvəlki mumya tapılıb.

TurkicWorld xəbər verir ki, Perunun paytaxtı Lima şəhərinin Puente Piedra bölgəsində qaz boruları çəkilişi zamanı 1000 illik qadın mumiyası aşkar edilib.

Qalıqlar yerin cəmi yarım metr dərinliyində tapılıb.

Arxeoloqlar bildirirlər ki, yaşı 20-30 arasında olan qadının mumiyalanmış cəsədi tünd qəhvəyi saçları hələ də görünən şəkildə parçaya bükülü vəziyyətdə aşkarlanıb. Onunla birlikdə doqquz keramika qabı, o cümlədən balıqçının təsvir olunduğu boyalı gil şüşə də tapılıb.

Tədqiqatçılar bu əşyaların və mumiyanın eramızın 1000–1470-ci illəri arasında Perunun sahilyanı bölgələrində mövcud olmuş Chancay mədəniyyətinə aid olduğunu bildirirlər. Sözügedən mədəniyyət balıqçılıq və dulusçuluq sahəsində inkişaf etmiş qədim cəmiyyətlərdən biri kimi tanınır.

Qeyd edək ki, bu kəşf Peru milli qaz şirkəti Calidda tərəfindən infrastruktur layihələri çərçivəsində həyata keçirilən arxeoloji nəzarət proqramı zamanı baş verib. Həmin proqram çərçivəsində təkcə Limada indiyədək 2200-dən çox artefakt aşkarlanıb.

Mövzuya görə xəbərlər