Yer planeti Bunu bilirsinizmi? kosmos kosmos xəbərləri Günəş Kainatda həyat Planetin təkamülü kosmos tədqiqatları 2025 yeni planetlerin kəşfi

Elm adamları Günəşdən 1600 dəfə uzaqda qeyri-adi cisim tapıb

BAKI, TurkicWorld

Plutonun oxşarı - Günəş sisteminin kənarında sirli obyekt kəşf edilib.

TurkicWorld xəbər verir ki, alimlər Günəş sisteminin Neptundan kənar hissəsində "2017 OF201" adlı qeyri-adi trans-Neptun obyekti aşkarlayıblar.

Kəşf Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi tərəfindən rəsmi şəkildə təsdiqlənib.

Qabaqcıl Tədqiqatlar İnstitutunun mütəxəssisi Sihao Çenqin sözlərinə görə, bu obyekt kütləsinə görə cırtdan planet kimi təsnif edilə bilər və Plutonla bənzər xüsusiyyətlərə malikdir. Orbitin analizi göstərir ki, 2017 OF201 Günəşdən ən uzaq nöqtəsində Yer orbitindən 1600 dəfə, ən yaxın nöqtədə isə 44,5 dəfə uzaqdadır. Bu ekstremal orbit üzrə tam dövrü 25 min il çəkir.

Tədqiqatçılar bu obyektin qəribə trayektoriyasının səbəbini hələlik tam müəyyən edə bilməsələr də, ehtimal edirlər ki, o, Oort Buluduna atıldıqdan sonra yenidən Günəş sisteminə qayıdıb.

Qeyd edək ki, bu kəşf illərdir müzakirə olunan "Planet Nine" (Doqquzuncu Planet) fərziyyəsinə alternativ baxış təqdim edir. 2017 OF201 bu fərziyyəni dəstəkləyən “qruplaşmış orbitlərə” aid olmasa da, Günəş sisteminin ucqar bölgələrinin daha sıx və dinamik olduğunu göstərir.

Alimlər bildirirlər ki, bu tip cisimlərin yalnız kiçik bir hissəsi Yerə kifayət qədər yaxınlaşaraq müşahidə edilə bilir. Bu isə onu göstərir ki, oxşar ölçü və orbitə malik yüzlərlə başqa obyekt də mövcud ola bilər.

Mövzuya görə xəbərlər