Son dəqiqə

kosmos 3I/ATLAS

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarlayıblar

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Alimlər kosmik obyekt "3I/ATLAS"da eyri-adi enerji sıçrayışı aşkarlayıblar.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, "3I/ATLAS”ın Yerə maksimal yaxınlaşmasının hesablanmış anına cəmi 3 saat 20 dəqiqə qalmış Şuman rezonanslarında 25 Hz tezlikli siqnal qeydə alınıb.

“Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla tam üst-üstə düşməsi, mənim fikrimcə, adi təsadüf sayıla bilməz ”, - “All Day Astronomy” nəşrinin astronom eksperti bildirib.

Qeyd edək ki, 19 dekabr tarixində ulduzlararası kometa “3I/ATLAS” Yerdən 270 milyon kilometr məsafədən keçib və hazırda ondan uzaqlaşır. Mütəxəssislər “3I/ATLAS”ın meydana çıxmasını 2025-ci il iyulun 1-də müşahidə ediblər və həmin vaxtdan etibarən onun yaxınlaşmasını diqqətlə izləyiblər. Obyektin əsas xüsusiyyəti onun Günəş sisteminə kənardan daxil olmasıdır. Bu, müşahidələr tarixində qeydə alınmış üçüncü ulduzlararası obyektdir.

Mövzuya görə xəbərlər