Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.

TurkicWorld-un məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O bildirib ki, artıq Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.

Qeyd edək ki, Türkiyə Sağlamlıq Qurumları İdarəsi ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksinin kliniki sınaqlarının başlanmasına dair protokol imzalanıb.