Azərbaycanda TÜRKOVAC-ın 3-cü fazada kliniki sınaq mərhələsi həyata keçirilib

Azərbaycanda TÜRKOVAC-ın 3-cü fazada kliniki sınaq mərhələsi həyata keçirilib

Bakı. TurkicWorld:

Türkiyə istehsalı TÜRKOVAC vaksininin Azərbaycanda 3-cü fazada kliniki sınaq mərhələsi çərçivəsində peyvənd vurduranlar olub.

TurkicWorld-un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu günə əldə edilən ilkin nəticələr müsbətdir: "Tam geniş elmi açıqlama tələb olunan sayı əldə etdikdən sonra və Türkiyədə aparılan laborator müayinələr nəticəsində bəyan ediləcək".