Son dəqiqə

TURKOVAC Asiman Həsənov

Azərbaycanda “TURKOVAC” vaksininin sınaqları üçün könüllülər necə seçiləcək?

Koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək.

TurkicWorld-un məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O qeyd edib ki, kliniki sınaqlarda təxminən 15 aylıq bir dövr var.

"Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırıldıqdan sonra həmin könüllülərin buster doza formasında kliniki sınağı aparılacaq", - deyə o bildirib.

Mövzuya görə xəbərlər