Son dəqiqə

Şahmat

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan Yunanıstan və İsveçrəyə qarşı

Bakı, TurkicWorld

Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası davam edir.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu gün IX turun oyunları keçiriləcək.

Kişilərdən ibarət komandamız Yunanıstanla üz-üzə gələcək. Yığmamız son olaraq İtaliya ilə xalları yarı bölüb (2:2). VIII turdan sonra 11 xalı olan komandamız 20-cidir.

Qadınlardan ibarət yığmamız isə İsveçrə ilə qarşılaşacaq. Seçmə kişi zəka sahiblərimiz kimi ötən turu İtaliya (2:2) ilə bərabərliklə bitirib. VIII turdan sonra 11 xalı olan qadın şahmatçılarımız 20-cidir.

Qeyd edək ki, heyətlər hələ bəlli deyil.

Mövzuya görə xəbərlər