Son dəqiqə

Avropa İttifaqı Google

Avropa Ədalət Məhkəməsi Google-a tətbiq edilən cəriməni məqsədəuyğun hesab edib

Bakı,TurkicWorld

Avropa Ədalət Məhkəməsi, Avropa İttifaqı (Aİ) Komissiyasının alış-veriş xidmətində müqayisə strategiyası qaydalarını pozması səbəbilə Google-a tətbiq etdiyi 2,4 milyard avro cəriməni məqsədəuyğun hesab edib.

TurkicWorld xəbər verir ki, Aİ-nin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi Google və Alphabet şirkətlərinin Aİ Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.

Məhkəmə Google və Alphabet-in etirazını rədd edib və şirkətin özünün müqayisəli alış-veriş xidmətinə imtiyazlar verərək hakim mövqeyindən sui-istifadə etməsi səbəbiylə tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ildə Aİ Komissiyası Google-u axtarış sistemi hökmranlığından sui-istifadə etdiyinə görə 2,4 milyard avro cərimələyib və axtarış sistemindən alış-veriş xidmətində rəqibləri ilə bərabər rəftar etməyi tələb edib.

Mövzuya görə xəbərlər