Avropa çempionatı Cüdo

Avropa çempionatında 3 cüdoçumuz mübarizəyə başlayır

Bakı, TurkicWorld

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, 2-ci yarış günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin 73 kq çəki dərəıcəsində 2 cüdoçumuz mübarizə aparacaq. 81 kq-da isə 1 cüdioçumuz qələbə uğrunda yarışacaq.

Avropa çempionatı
73 kq

Vüsal Qələndərzadə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Onun rəqibi kosovolu Dion Şarapolli olacaq.
İlk mərhələdə güləşəcək aydın Rzayev İbrahim Demirəldən (Türkiyə) üstün olmağa çalışacaq.

81 kq
Süleyman Şükürov da 1/16 finaldan başlayacaq. O, Petrov Kesovla (Kipr) üz-üzə gələcək.

Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində 2 qızıl, 1 gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Mövzuya görə xəbərlər