Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ildə 5152 mln.manat olub. Bu ötən illə müqayisədə 403 mln. manat, yəni 8,5 faiz çoxdur.
TurkicWorld-un məlumatına görə, bunu DSMF-nin sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
H.Məmişovun sözlərinə görə, bunun 3,810 mln. manatını məcburi dövlət sosial sığorta haqları təşkil edib.
"Bu, ötən illə müqayisədə 7,2 faiz və ya 257 mln. manat çox olub.
Büdcə təşkilatları üzrə gəlirlər 1380 mln. manat, ötən illə müqayisədə 10 mln. manat və ya 0,7 faiz çox, qeyri-büdcə təşkilatları üzrə gəlirlər 2430 mln. manat, ötən illə müqayisədə 247 mln. manat və ya 11,3 faiz çox olub.
Transfert gəlirləri isə 1313,3 mln. manat, ötən illə müqayisədə 11,5 və ya 135,4 mln. manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqları daxilolmalarının 2021-ci ilin proqnozuna nisbətdə artımı 8,8 faiz və ya 307,5 mln. manat olub" - DSMF sədri deyib.