Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dövlət Sosial Müdafiə Fondu DSMF

Bütün sosial ödənişlər fevralın 26-da yekunlaşdırılacaq

BAKI,TurkicWorld

Fevral ayı üzrə sosial ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün son tarix açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.

Bildirilib ki, ödənişlər müəyyən olunmuş qrafikə uyğun şəkildə vətəndaşların bank hesablarına köçürülür. Sosial təminat tədbirləri çərçivəsində əhalinin həssas qruplarının vaxtında maliyyə dəstəyi ilə təmin edilməsi prioritet olaraq qalır.

Mövzuya görə xəbərlər