Son dəqiqə

Bakı Dövlət Sosial Müdafiə Fondu DSMF

Pensiyalar ödənildi

BAKI,TurkicWorld

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Qeyd edilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Mövzuya görə xəbərlər