Bakı. TurkicWorld
Qazaxıstan Talibanı terror təşkilatları siyahısından çıxarıb
TurkicWorldxəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Qazaxıstan bu qərarı müasir Əfqanıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq verib.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ölkə prezidenti Vladimir Putinə Talibanı terror təşkilatları siyahısından çıxarmağı təklif edib.
Bundan başqa, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiyanın Talibanla tam formatlı münasibətlər əlaqələr yaxın olduğunu deyib.