Son dəqiqə

Boeing

Boeing-in Starliner servisinin kosmonavtlarla ilk uçuşu təxirə salınıb

Bakı,TurkicWorld

BBD mərkəzli aviasiya şirkəti Boeing-in Beynəlxalq Kosmik Stansiyaya (ISS) Starliner servisi ilə planlaşdırdığı ilk kosmonavt uçuş cəhdi, əvvəllər aşkar edilmiş helium sızması ilə bağlı davam edən araşdırmalar səbəbiylə təxirə salınıb.

TurkicWorld xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) verilən açıqlamada, daha əvvəl təsbit edilən helium sızması ilə bağlı araşdırmaların davam etdiyi, mütəxəssislərin 2 gün ərzində kosmik gəminin sistem performansını və təhlükəsizlik tədbirlərini qiymətləndirdiyi vurğulanıb.

“Bu ərazilərdə hələ də davam edən araşdırmalar var. Növbəti mümkün buraxılış tarixi hələ qiymətləndirilməkdədir. İrəliyə doğru daha aydın bir yol müəyyən edildikdən sonra NASA daha çox təfərrüatları paylaşacaq”, – deyə NASA nın bəyanatında qeyd olunub.

Qeyd edək ki, Starlinerin orbitə ilk dəfə mayın 6-da kosmik gəmidə aşkar edilən klapan nasazlığı səbəbindən buraxılış mayın 10-na təxirə salınıb və növbəti buraxılış tarixi olaraq 17 may göstərilib, Mayın 17-də planlaşdırılan buraxılış isə Starliner-in xidmət modulunda helium qazı sızması aşkar edildiyi üçün mayın 25-nə təxirə salınıb.

Mövzuya görə xəbərlər