Son dəqiqə

İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatının Qambiyada iclası keçiriləcək

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin hər üç ildən bir təşkil etdiyi sammit bu il mayın 4-5-də Qərbi Afrikanın ən kiçik ölkəsi olan Qambiyada keçiriləcək.

TurkicWorld xəbər verir ki, sammit “Dayanıqlı inkişaf naminə dialoq vasitəsilə birliyin və həmrəyliyin gücləndirilməsi” mövzusu ilə keçiriləcək.

Sammitdə İslam dünyasının üzləşdiyi aktual problemlər, nizamnamədə müəyyən edilmiş ümumi məqsədlərə nail olmaq üçün üzv ölkələr arasında əməkdaşlıq və həmrəyliyin artırılması, kiçik və orta sahibkarlığın canlandırılması kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 25 sentyabr 1969-cu ildə İsrailin işğalı altında olan Qüdsdə Məscidül-Əqsanın avstraliyalı radikal yəhudi tərəfindən yandırılmasından sonra 25 sentyabr 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda ilk dəfə keçirilən İslam Zirvə Konfransında təşkilat "İslam Konfransı Təşkilatı" adı ilə yaradılmışdır.

Xarici İşlər Nazirləri Şurasının 2011-ci ilin iyununda Astanada keçirilən 38-ci iclasında təşkilatın adı dəyişdirilərək "İslam Əməkdaşlıq Təşkilatı" adlandırılıb.

Təşkilat ildən-ilə İslam dünyasının hüquq və mənafelərinin bütün sahələrdə qorunması istiqamətində iş aparan dövlətlərarası əməkdaşlıq platformasına çevrilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər