Bakı. TurkicWorld:
2024-cü ilin mart ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,2 faiz azalaraq 5,7 milyard dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar - mart ayında, Türkiyənin İƏT üzvü ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 10,4 faiz artaraq, 16,2 milyard dollar olub.
“Bu ilin mart ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq 3,8 milyard dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, 2024-cü ilin yanvar - mart aylarında Türkiyənin İƏT-ə üzv olan ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 1,3 faiz artaraq, 9,7 milyard dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 483 milyon dollara çatıb.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin mart ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz azalaraq 22 milyard 571 milyon dollar, idxalı isə 6,3 faiz azalaraq 29 milyard 912 milyon dollar olub.
“Bu ilin yanvar-mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 147 milyard 548 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 63 milyard 603 milyon dollara, idxalı isə 12,8 faiz azalaraq 83 milyard 945 milyon dollara çatıb.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.