Putin Federal Məclisə müraciət edir

Putin Federal Məclisə müraciət edir

Bakı. TurkicWorld:

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Federal Məclisinə müraciətlə çıxış edir.

TurkicWorld xəbər verir ki, Putin Federal Məclisdə - ölkə parlamentinin hər iki palatasında 19-cu dəfədir ki, çıxış edir.

Konstitusiyaya görə, Rusiya Prezidenti hər il Federal Məclisə müraciət edir. Bu il Rusiya Federasiyası Prezidentinin qarşıdakı altı il üçün hədəflər qoyacağı gözlənilir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin müraciətində 2030-cu ildən daha uzun müddətə nəzərdə tutulan tezislər yer alacaq.