Son dəqiqə

Xüsusi günlər

Türkiyədə "Əsrin fəlakəti" kimi xarakterizə edilən zəlzələdən bir il ötür

Bakı. TurkicWorld:

2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.

İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırılıb ki, bu da təxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib. Bu dövrdə “Türk Hava Yolları” 13 min 701 uçuşla 2 milyondan çox sərnişin daşıyıb, zəlzələ bölgəsinə 32 min 770 ton yardım materialı çatdırıb.

Təbii fəlakətdən zərər çəkən vətəndaşlara, həmçinin 14 milyard 453 milyon lirə məbləğində kirayə dəstəyi göstərilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər