20 Yanvar yüzlərlə Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi gündür - Yalçın Topçu

20 Yanvar yüzlərlə Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi gündür - Yalçın Topçu

Bakı. TurkicWorld:

Türk Dünyası tarixinə “Qanlı Yanvar” adı ilə düşmüş 20 Yanvar ermənilərin təxribatı nəticəsində Sovet Ordusunun tanklarla Can Azərbaycana soxularaq bir çox yerlərdə və Bakıda yüzlərlə Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirdiyi gündür.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu onu da vurğulayıb ki, 20 Yanvar günü eyni zamanda, ay-ulduzlu üçrəngli Azərbaycan bayrağının bir daha enməməsi üçün şəhidlər öz canından keçib.

"Bakıda, Qarabağda, Xocalıda, Qafqazda, Balkanlarda, Pakistanda, Əfqanıstanda, Şərqi Türküstanda, Afrikada, Kərkükdə, Qəzzada, İraqda, Suriyada, Türkiyədə, Liviyada Vətəni, milləti uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmətlə yad edirik", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.

İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

X: Lamanasadli01