Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Bakı Şəhidlər xiyabanı 20 Yanvar faciəsi

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

BAKI, TurkicWorld

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.

Mövzuya görə xəbərlər