Son dəqiqə

Azərbaycan 20 Yanvar faciəsi Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

20 Yanvar faciəsinə həsr olunmuş “Şahidlər danışır” adlı görüş keçirilib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq gənclər arasında tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsi məqsədilə “Şahidlər danışır” adlı görüş təşkil olunub.

TurkicWorld xəbər verir ki, görüşdə 20 Yanvar faciəsinin canlı şahidləri – Əməkdar jurnalist, İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, şəhid Ələsgər Qayıbovun yaxınları Qayıbova Sərmayə və Murğuzov Salman iştirak ediblər.

Tədbir zamanı qonaqlar 1990-cı ilin 20 Yanvar gecəsində baş verən hadisələr, həmin gün yaşadıqları çətin və unudulmaz anlar, faciənin Azərbaycan xalqının müstəqillik yolundakı tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda o gecənin həm fərdi talelərə, həm də bütövlükdə xalqın milli yaddaşına vurduğu izlər xüsusi vurğulanıb.

Görüş interaktiv formatda davam edib, qonaqlar gənclərin ünvanladığı sualları cavablandıraraq onları maraqlandıran mövzulara aydınlıq gətiriblər. Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilib.

Mövzuya görə xəbərlər