Son dəqiqə

Daxili İşlər Nazirliyi avtobus qəzası Quba-Qusar yolu

Quba-Qusar yolunda sərnişin avtobusu aşıb - çoxlu sayda yaralı var

Bakı. TurkicWorld:

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan TurkicWorld-ə verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

XXX

12:04

Quba-Qusar reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.

TurkicWorld xəbər verir ki, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qəza nəticəsində 10-dan çox yaralı var.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər