Bakı. TurkicWorld:
17 Avqust 1999-cu ildə Türkiyənin Mərmərə şəhərində baş verən zəlzələ zamanı, Türkiyə on minlərlə vətəndaşını itirib.
Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18 min 373 adam həyatını itirib, 48 min 901 nəfər yaralanıb, 500 min nəfər isə evsiz-eşiksiz qalıb. Bundan əlavə, 120 min bina tamamilə dağılıb və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilməyib. 50 min bina isə ciddi şəkildə zədələnib. 2 min bina isə çöküb.
Mərmərədə olan bu zəlzələ, Türkiyə iqtisadiyyatına olduqca mənfi təsir edib. Şəhərdə neft zavodları, neft-kimya müəssisələri və sənaye kimi bir çox iş sahələrinin olması və eyni zamanda, Mərmərənin ictimai iqtisadiyyatı əhəmiyyətli qaynaqla təmin etməsi, onu ölkə üçün olduqca əhəmiyyətli edir.
1999-cu ildə zəlzələnin meydana gəldiyi Mərmərə bölgəsinin ümumi ixracatı 17 milyard 912 milyon dollar idi. Bu rəqəm 1999-cu ildə Türkiyənin ümumi ixracatının 67,3 %-nə bərabər gəlirdi. Zəlzələ nəticəsində istehsal sənayesi yerlərində bina, maşın-avadanlıq, fabrikat və yarım fabrikat, səhmdar itkisi baş verib və işçi qüvvəsi azalıb. Zəlzələnin istehsal sənayesi olan müəssisələr üçün ən əhəmiyyətli və kompensasiyası çətin olan təsiri işçi qüvvəsində meydana çıxan itkidir. TÜPRAŞ, TÜVASAŞ, İGSAŞ, Petkim, TZDK kimi ictimai quruluşlara aid zavodlar, zəlzələ nəticəsində yaranan ziyana görə istehsala fasilə verib. Zəlzələ nəticəsində yaşayış, kommersiya və sənaye-tikinti, yol-şose, körpü, digər infrastruktur, nəqliyyat vasitəsi, maşın-avadanlıqların və mal anbarlarında əhəmiyyətli itkilər ortaya çıxıb. Mərmərə zəlzələsi Türkiyə iqtisadiyyatına 25 milyard dollar zərər vurub.