Binəli Yıldırım: "Türk Şurasının adı dəyişdiriləcək"

Binəli Yıldırım: "Türk Şurasının adı dəyişdiriləcək"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək.

TurkicWorld xəbər verir ki, bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022-ci tədris ilinin açılış mərasimində məlumat verib.

O bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq.