Bakı TurkicWorld:
Bütün şərtlər yerinə yetirilərsə, biz dərhal razılaşmaya qayıdacağıq.
TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin taxıl sazişi ilə bağlı deyib.
Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Qara Dəniz Taxıl dəhlizi sazişini dəyərləndirib.
Putin qeyd edib ki, xarici həmkarlardan razılaşdırılmış və təsdiq edilmiş şərtlərə tam əməl etməyə başlayacağını gözləyirdi, lakin bu baş verməyib.
"Qida və gübrə tədarükü xidmətləri göstərən Rusiya bankları və maliyyə qurumlarının qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Bura onların SWIFT beynəlxalq bank ödəniş sisteminə qoşulması da daxildir. Bu şərtlərin yerinə yetirilməsinə ehtiyacımız var" – deyə o bildirib.
Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
Hafiz Rufizoğlu







