Son dəqiqə

Xüsusi günlər

Ayasofiyanın məscid kimi təkrar ibadətə açılmasından 3 il ötür

Bakı. TurkicWorld:

86 ildən sonra İstanbulun əsas rəmzlərindən biri olan, həm müsəlman, həm xristian dünyası üçün müqəddəs hesab edilən Ayasofiya məbədinin muzey statusu ləğv edilib və məscid kimi ibadətə açılıb.

2020-ci il iyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın məsciddən muzeyə çevrilməsi haqqında Atatürk hökumətinin 14 noyabr 1934-cü il tarixli qərarının ləğv edilməsi barədə Dövlət Şurasının verdiyi qərarı imzalayıb.

Xalqa müraciəti zamanı Ərdoğan bildirib ki, Ayasofiya iyulun 24-dən məscid kimi ibadətə açılacaq. İstanbulun digər mühüm tarixi abidəsində – Sultan Əhməd məscidində olduğu kimi Ayasofiyaya da giriş pulsuz olacaq və məbədin qapıları dinindən asılı olmayaraq hər kəsin üzünə açıq olacaq.

Elə həmin gün məbəddə azan səsləndirilib.

Müqəddəs Sofiya məbədi Konstantinopolda 537-ci ildə inşa edilib. Bütün tarixi boyu Ayasofiya dörd dəfə statusunu dəyişib.

Ən başından pravoslav kilsəsi, sonra məscid, daha sonra isə muzey olub.

1453-cü ildə, Konstantinopolun fəthindən sonra Fateh Sultan İkinci Mehmet şəhərin əsas pravoslav məbədinin – Müqəddəs Sofiya kilsəsinin məscidə çevrilməsi və Ayasofiya adlandırılması əmrini verib.

1931-ci ilə qədər Ayasofiya məscid kimi fəaliyyət göstərib. 1934-cü ildə Türkiyə hakimiyyəti tarixi abidəni ibadətə bağlayıb və muzey statusu verib. Muzey kimi abidə 1935-ci ildə ziyarətçilərin üzünə açılıb.

Mövzuya görə xəbərlər