Son dəqiqə

Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Komitə sədri Qarabağda məscidlərə din xadimlərinin təyinatına münasibət bildirib

Bakı. TurkicWorld:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.

TurkicWorld-in xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, - deyə M.Qurbanlı əlavə edib.

Mövzuya görə xəbərlər