Son dəqiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qusar

Hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

6 mart 2024-cü il tarixdə Qusar şəhərində yerləşən hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, hərbi hissə komandiri Cavidan Qarayev, hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Rüfət Quliyev, hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsinin, o cümlədən, milli köklərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi və bağlılıq, sadiqlik, dövlətçiliyə sədaqətin əhəmiyyətindən bəhs edilərək qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Seminarda hərbi hissənin şəxsi heyətinə DQİDK tərəfindən hazırlanan “Vətən naminə” filmi təqdim edildi, digər müvafiq maarifləndirici video roliklər nümayiş etdirildi.

Mövzuya görə xəbərlər