Bakı, TurkicWorld
5 apreldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin (DQİDK) və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Erkən nigah: hüquqi, dini və mənəvi müstəvidə” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, Şabran rayon Gənclər və İdman sektorunun əməkdaşı Vüsal Alışov, Şabran şəhər 5 saylı tam orta məktəbin direktoru İmarət Əsgərova, məktəbin psixoloqu Ülkər Məmmədova, yeniyetmələr, məktəblilər iştirak edib.
Çıxışlar zamanı, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələrindən bəhs edilərək bildirilib ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Qeyd edildi ki, ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyevin dəstəyi əsasında mühüm beynəlxalq Konvensiyalar ratifikasiya edilmiş və qanunlar qəbul edilmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən həmin qanunvericilik islahatları uğurla davam etdirilmiş, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülmüş, yeniyetmələrin azad və keyfiyyətli təhsil alması, özünüinkişaf tədbirləri üçün qanunvericilik bazası təkmilləşdirilməklə real şərait yaradılmış və bu tədbirlər davam etdirilir.
Müzakirələr ilə davam etdirilən seminarda məlumat verildi ki, ailə institunun sağlam özüllər üzərində inkişafı üçün hər bir insan zərərli vərdişlərdən uzaq olmalı, müəəyən edilmiş yaş həddinə çatmalıdır.