Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İğdır Ramin Məmmədov

Ramin Məmmədov İğdır valisi ilə görüşüb

BAKI,TurkicWorld

Martın 5-də Türkiyə Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlala İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İğdır valisi Mustafa Fırat Taşolar ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Dini Qurumlala İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin regionda əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır.

Söhbət zamanı İğdır vilayətində yaşayan aazərbaycanlıların dini etiqad azadlığının təmin edilməsi, yerli ictimai-mədəni mühitdə rolu barədə fikir mübadiləsi aparılıb. Ramazan ayı münasibətilə təşkil olunan tədbirlərin insanlar arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı hörmət və mənəvi həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Mövzuya görə xəbərlər