Türkiyədə ixracat həcmi ilin sonuna qədər 200 milyard dolları keçəcək - Fuad Oqtay

Türkiyədə ixracat həcmi ilin sonuna qədər 200 milyard dolları keçəcək - Fuad Oqtay

Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkənin ixracat həcminin ilin sonunadək 200 milyard dolları keçəcəyinə dair güclü göstəricilərin olduğunu bildirib

Turkic.World TRT Azərbaycan-a istinadən xəbər verir ki, Prezident Administrasiyasında keçirilən İqtisadi Koordinasiya Şurası iclasında etdiyi çıxışında F.Oqtay bu barədə deyib: “Gördüyümüz tədbirlər nəticəsində ilin ikinci yarısında həm cari kəsirin, həm də inflyasiya nisbətinin azalacağını proqnozlaşdırırıq. İxracat həcminin isə ilin sonuna qədər 200 milyard dolları keçəcəyinə dair güclü göstəricilər var. Hədəfimiz ilin axırınadək 210 milyard dollara çatmaqdır. Prezidentimizin sərəncamına əsasən, sentyabrın ilk yarısında 2022-2024-cü illəri əhatə edəcək orta müddətli proqramımızı açıqlayacayıq”.