Bakı, TurkicWorld
Bölgədə sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfində lazımı işlər görülərək tamamlanıb, Ermənistan sərhədlərində qalan tamamlanmalı olan hissə var.
"Zəngəzur dəhlizi bölgədə həm sülhə, həm də iqtisadiyyata müsbət təsir ediəcək. Zəngəzur dəhlizinin açılması Ermənistana da müsbət təsir edəcək", -deyə o qeyd edib.