Son dəqiqə

Azərbaycan Türkiyə Fuad Oktay Əhliman Əmiraslanov Yaşar Gülər Anar Məmmədov

28 May - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyi rəsmi qəbul keçirib

Bakı TurkicWorld

28 May - Müstəqillik Günü və 26 iyun -Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi rəsmi qəbul keçirib.

TurkicWorld xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oqtay, Baş Qərargah rəisi Yaşar Gülər, Ombudsman Şərəf Malkoçoğlu və digər dövlət rəsmilərinin, Silahlı Qüvvələr təmsilçilərinin, Azərbaycan -Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və millət vəkili Anar Məmmədovun, ölkədəki diplomatik korpus, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb.

Səfir Rəşad Məmmədov açılış çıxışı edərək Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddət ərzində əldə etdiyi uğurlardan danışıb, Cumhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişaf yolu keçdiyini qeyd edib.

Diplomat 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə qəhrəman ordumuzun mənsublarını və xalqımızı təbrik edib.

Səfir bu ilin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Türkiyə Respublikasının quruluşunun 100-cü ildönümü olduğunu xatırladaraq, Ulu öndərin

“Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin tarixinin ən yüksək səviyyəsinə çatdığını bildirib.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay çıxış edərək iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə inkişafına diqqət çəkib və bu münasibətlərin dövlət başçılarımızın siyasi iradəsi ilə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Vitse-prezident Türkiyə tərəfinin Ankaranın taleyini Bakının taleyindən ayrı görmədiyini vurğulayıb.

Təntənəli tədbirdə Azərbaycanın xalq artisti Azərinin və Şuşa musiqi qrupunun ifaları alqışlarla izlənib.

Mövzuya görə xəbərlər