Bakı.TurkicWorld:
Türkiyə 14 May seçkilərindən sonra da bölgədə etimad və sabitlik simvolu olmağa davam edəcək.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.
Vətəndaşlarımızla birlik, həmrəylik içində yolumuza davam edirik. Seçimlərə beş gün qalıb. Bu işi birinci mərhələdə başa çatdırmaq istəyirik. Türkiyə yüksəlməyə başladığı vaxt, öz bölgəsində və dünyada söz sahibi olduğu vaxt, hər tərəfdən, xüsusilə Qərbdən gələn təzyiqlər bizim əzmimizi qıra bilməz”, - deyə o bildirib.
Fuat Oktay, Türkiyənin müdafiə sənayesini 20 faizdən 80 faizə yüksəltdiklərini, bu inkişafı enerji sektoruna da tətbiq edəcəklərini qeyd edib.
"Türkiyə 14 May seçkilərindən sonra da bölgədə etimad və sabitlik simvolu olmağa davam edəcək. Türkiyənin demək olar ki, xarici asılılığına son qoymuşuq. Belə bir Türkiyə bölgədə və dünyada sülh deməkdir", - deyə vitse-prezident vurğulayıb.