Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev İsveçrə Dünya İqtisadi Forumu Davos

Prezident İlham Əliyev: Azərbaycanda ikinci mühüm neft bumu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var

BAKI, TurkicWorld

Biz qaz hasilatını artırır, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Bu barədə danışmaq üçün hələ tez olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var”.

Mövzuya görə xəbərlər