Son dəqiqə

Qırğızıstan Akılbek Japarov

Qırğızıstanda milli mədəniyyətə dəstək proqramı hazırlanacaq - Qırğızıstanın Nazirlər şurasının sədri

Bakı. TurkicWorld:

Qırğızıstanda milli mədəniyyətə dəstək proqramı hazırlanacaq.

TurkicWorld-un məlumatına görə, bu il Qırğızıstan prezidentinin tapşırığı ilə milli mədəniyyətə dəstək proqramı hazırlanacaq. Bunu Bişkekdə Qırğızıstan Milli Akademik Teatrında “Kulan” tarixi dramının açılış mərasimində Qırğız Respublikası Nazirlər Şurasının sədri Akılbek Caparov deyib.

Akılbek Caparov Qırğızıstan prezidentinin adından qeyd edib ki, bu il milli mədəniyyətə dəstək proqramı hazırlanacaq.

“Dövlətimiz inkişaf yolunda möhkəm addımlar atıb və qarşımızda vətənini, ana dilini və mədəniyyətini sevən yeni nəsil yetişdirmək vəzifəsi durur. Biz onlara özünüdərk və özünə inamı gücləndirməyə kömək edən həyati dəyərləri aşılamalıyıq”,- deyə sədr bildirib.

Mövzuya görə xəbərlər