Qırğızıstanda investisiya vizası almaq üçün hansı sənədlər lazımdır?

Qırğızıstanda investisiya vizası almaq üçün hansı sənədlər lazımdır?

Bakı. TurkicWorld

Qırğızıstan Milli İnvestisiya Agentliyi xarici investorların investisiya vizası almaq üçün hansı sənədləri təqdim etməli olduqlarını açıqlayıb.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki , xarici investorlar investisiya vizası alması üçün, Qırğızıstan iqtisadiyyatına beş il müddətinə ən azı, 10 milyon som ekvivalentində pul və maddi dəstək verdikdə ala biləcəklər.

Bununla yanaşı on illik investisiya vizası almaq üçün öklə iqtisadiyyatına ən 20 milkyon som ekvivalentində yatırım etməli olacaqlar.

Eyni zamanda investorun ölkə iqtisadiyyatına xarici valyutada töhfə vermək hüququ var.

İnvestisiya vizası almaq üçün Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyindən müraciət edilməlidir.

Sənədlərə baxılma müddəti 16 iş günüdür. Müraciət etmək üçün sənədlərin siyahısını aşağıdakı kimidir:

1. Hüquqi ünvanı olan blankda müraciət məktubu;

2. Şirkətin nizamnaməsinin, təsis müqaviləsinin, qərar protokollarının, Ədliyyə Nazirliyində qeydiyyat haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

3. Lisenziyaların surətləri və onların hər bir səhifəsində şirkətin möhürü olan ərizələr;

4. Əcnəbi işçi qüvvəsinin cəlb edilməsinə icazələrin surətləri və hər səhifədə şirkətin möhürü olan əcnəbi vətəndaşın işləmək icazəsi (ərizəçi şirkətin idarə heyətinin üzvü olan və Qırğızıstan Respublikasında işləyən xarici vətəndaşdırsa);

5. Borcunun olmaması haqqında vergi müfəttişliyindən və Sosial Fonddan arayış;

6. Vergi ödənişləri haqqında vergi idarəsindən arayış (son bir il üçün);

7. Xarici vətəndaşın pasportunun rus dilinə rəsmi tərcüməsi ilə notariat qaydasında təsdiq edilmiş surəti;

8. Hər səhifədə şirkətin möhürü olan son üç il üçün balans hesabatı (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin tranzaksiyası haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat);

9. Əvvəllər alınmış investisiya vizasının surəti ( olubsa) ;

10. Müraciət edənin rəngli fotoşəkili (3x4 ölçüdə);

11. Müraciət edənin etibarnaməsi, səlahiyyətli şəxsin pasportunun surəti;

12. İnvestisiya fəaliyyəti faktını təsdiq etmək üçün tələb olunan digər sənədlər.