Son dəqiqə

Qırğızıstan Sadır Japarov Bəhreyn ikitərəfli əməkdaşlıq Həməd bin İsa Al Xəlifə İqtisadi əlaqələr

Japarov Bəhreyn kralı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək

BAKI,TurkicWorld

Qırğızıstan Prezidenti Sadır Japarov Bəhreyn Kralı Həməd bin İsa əl-Xəlifənin dəvəti ilə Bəhreyn Krallığına rəsmi səfərlə gəlib.

TurkicWorld xəbər verir ki, Japarovun təyyarəsi Manama şəhərindəki “Bəhreyn” beynəlxalq hava limanına enib.

Japarovu hava limanında Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid əl-Zayani və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Japarovun Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə, Bəhreyn Məsləhət Şurasının sədri Əli bin Saleh əl-Saleh və Krallığın digər rəsmi nümayəndələri ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi planlaşdırılır.

Görüşlər zamanı tərəflər Qırğızıstan-Bəhreyn münasibətlərini, o cümlədən ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Səfər çərçivəsində Qırğızıstan və Bəhreyn arasında bir sıra ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur.

Qeyd edək ki, bu, Qırğızıstan Prezidentinin Bəhreynə ilk rəsmi səfəridir.

Mövzuya görə xəbərlər