Qırğızıstan Macarıstan Akılbek Japarov Viktor Orban

Macarıstanın baş naziri Qırğızıstana rəsmi səfərə gəlib

Bakı,TurkicWorld

Macarıstanın Baş naziri Viktor Orban Qırğız Respublikasına rəsmi səfərə gəlib.

TurkicWorld xəbər verir ki, Orbanı, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov qarşılayıb.

Rəsmi səfər çərçivəsində Qırğızıstan və Macarıstan arasında yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır, bu danışıqlar zamanı tərəflər Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının geniş spektrini müzakirə edəcəklər.

Səfərin yekunları üzrə Qırğızıstan-Macarıstan ikitərəfli əməkdaşlığının daha da inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) bu il noyabrın 6-da Bişkekdə keçiriləcək növbəti on birinci sammitində iştirak edəcək.

Sammitdə təşkilata üzv olan beş dövlətin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikasının liderləri, habelə müşahidəçi ölkələrin rəhbərləri iştirak edəcəklər.

Mövzuya görə xəbərlər