Son dəqiqə

Qırğızıstan Koreya Bişkek

Bişkekdə Qırğızıstan-Koreya Dostluq Parkının açılışı olub

Bakı,TurkicWorld:

Qırğızıstanın Bişkek şəhərində Baytik Baatır – İ.Axunbayev – K. Cantoşeva küçələrinin kəsişməsində yerləşən Qırğızıstan və Koreya arasında dostluq parkının açılış mərasimi olub.

TurkicWorld xəbər verir ki, açılış mərasimində Qırğızsıtanın bələdiyyə başçısının birinci müavini Mirlanbek Bayqonçokov, Koreya Respublikasının Qırğız Respublikasındakı səfiri Li Vonjae və Oktyabrski rayonunun hakimi Janıbek Orozəliyev iştirak ediblər.

Tədbir çərçivəsində Koreya Respublikası hökumətinin vəsaiti hesabına alınmış texniki avadanlıqlar fəxri qonaqlara nümayiş etdirilib.

Mövzuya görə xəbərlər