Bakı,TurkicWorld:
Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Minsk şəhərinə (Belarus Respublikası) işgüzar səfərə gedib.
TurkicWorld xəbər verir ki, Japarov işgüzar səfər çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.
Akılbek Japarov həmçinin “Belagro-2024” beynəlxalq ixtisaslaşdırılmış sərgisini ziyarət edəcək və sərgi çərçivəsində keçirilən “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.







