Bakı, TurkicWorld:
Qırğızıstan Nazirlər Kabineti sədri Akılbek Japarov Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Türkmənistana səfər edib.
TurkicWorld xəbər verir ki, Akılbek Japarovu Türkmənistan xarici işlər nazirinin müavini Serdar Muhammetdurdyev qarşılayıb.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.
Qeyd edək ki, MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 10-dan çox məsələ, o cümlədən energetika sahəsində əməkdaşlığın müzakirəsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə tədbirlər planı daxildir.
Bundan əlavə, iclasda səhiyyə, kimya sənayesi və əqli mülkiyyət sahəsində hüquq pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı bir sıra sənədlərin qəbulu planlaşdırılır.







